Ermənistan sərhəddəki əhalini evakuasiya edir: Qazaxın 7 kəndi boşaldılır?

SİYASƏT
10:42 / 23.08.2021
2089

Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Tavuş qubernatoru Hayk Galumyan avqustun 19-da evakuasiya ilə bağlı qərar qəbul edib.

Qərarda evaksiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

0