Kütləvi davaya görə dayandırılan matçla bağlı araşdırma başlandı

İDMAN
20:50 / 23.08.2021
1595

Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi Liqa 1-in 3-cü turunun “Nitsa” – “Marsel” matçı ilə bağlı araşdırmaya başlayıb.

Hit.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Hər iki klubun nümayəndələri iclasa çağırılıb.

“Nitsa” – “Marsel” matçı (0:0) ikinci hissənin sonlarına yaxın təxirə salınıb. Meydan sahibi komandanın azarkeşləri “Marsel”in futbolçusu Dimitri Payetə butulka atıb. Payet daha sonra butulkanı azarkeşlər tərəfə fırladıb və bundan sonra fanatlar meydana daxil olub.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb.

0