Azərbaycan millisinin oyunları eyni saatda başlayacaq

ÖLKƏ
20:21 / 24.08.2021
1464

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunun başlanma saatı müəyyənləşib.

Hit.az xəbər verir ki, yığmanın oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya ilə matçları saat 20:30-da başlayacaq.

Hər iki oyun Sumqayıtdakı “Kapital Bank Arena”da gerçəkləşəcək.

0