Hadrutda daha iki erməni hərbçisinin meyitinin qalıqları tapıldı

ÖLKƏ
18:31 / 26.08.2021
825

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Hit.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitlərinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 651-ə çatıb.

0