II Dünya Müharibəsi veteranı 96 yaşında vəfat etdi - FOTO

ÖLKƏ
21:12 / 26.08.2021
927

II Dünya Müharibəsi iştirakçısı olan neftçalalı veteran vəfat edib.

“Report” xəbər verir ki, veteran Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1925-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub.

Z.Nağıyev SSRİ Silahlı Qüvvələrində xidmət edib, müharibə cəbhələrində Ukraynaya qədər qəhrəmanlıqla vuruşub, müxtəlif orden və medallara layiq görülüb.

0