Azərbaycanda qalıqları aşkarlanan erməni hərbçilərin sayı 1 652 nəfərə çatdı

ÖLKƏ
20:43 / 28.08.2021
1216

Cəbrayıl rayonunda ikinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

HİT.az bu barədə Report-a istinadən xəbər verir.

Qeyd edilir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycan ərazisində qalıqları aşkarlanan itkin erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb. Axtarışlar davam edir.

Qeyd edək ki, bu, itkin sayılmış erməni hərbçilərin sayıdır.

0