Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

İQTİSADİYYAT
20:58 / 31.08.2021
789

2021-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,6 faiz artaraq 12 milyard 726,8 milyon manat olub.

HİT.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 6 milyard 385,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5 faiz artaraq 6 milyard 341,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

0