DİQQƏT! Dövlət Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

TEXNO
11:36 / 01.09.2021
1376

“Facebook və digər bənzəri sosial media səhifə istifadəçiləri sizi də aşağıdakı kimi hər hansı “post”a işarələyiblərsə (tag) ehtiyatlı olun və göstərilən keçidə əsla keçib məlumatlarınızı daxil etməyin”.

HİT.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin sosial şəbəkə istifadəçilərinə etdiyi xəbərdarlıqda deyilir.

“Bu sizin hesab və səhifənizin oğurlanması üçün “phishing” hücumudur. Belə hallarla üzləşdiyinizdə həmin səhifəni şikayət edin, posta onun saxta olması ilə bağlı şərh yazın və eləcə də öz adınızı postdan “untag” (işarələməni silmək) edin”, - deyə məlumatda qeyd edilir.

0