Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo millinin düşərgəsindən ayrılıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunda (2:1) sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Ronaldonun yığmanın düşərgəsində qalmasına ehtiyac duyulmayıb. Bu üzdən də o, yenicə transfer olunduğu “Mançester Yunayted”in düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.
“Qafqazinfo”