Son sutkada neçə nəfər peyvənd olunub?

ÖLKƏ
18:47 / 05.09.2021
1347

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.

0