Orta məktəb müəllimi koronavirus infeksiyasından dünyasını dəyişib.
HİT.az xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyətinin “Facebook” səhifəsində paylaşım edilib.
Bildirilib ki, Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin İngilis dili müəllimi Şəbnəm İbrahimova koronavirus xəstəliyindən vəfat edib.