Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq güzəştlərə yenidən baxılacaq.
HİT.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilətəsdiq edilmiş "Vergi vəgömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydası”na əsasən, güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 03 noyabr tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi qaydaları”na əsasən, güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq ortamüddətli dövrdə vergi və gömrük sahəsində güzəştlərə yenidən baxılmasına dair təkliflər sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim ediləcək.
Bu, "Büdcə sistemi haqqında” Qanunun 11.15-ci maddəsinə əsasən, növbəti büdcə illəri üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə təqdim ediləcək.