Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 7,5 milyona çatır

ÖLKƏ
18:38 / 10.09.2021
1012

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 584 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 027 390 təşkil edir.

0