Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub.
HİT.az xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:
"Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".
Qeyd edək ki, Xalq artistinin 3 qız övladı da var.