Koronavirusdan sağalanların sayı yoluxanları keçdi - STATİSTİKA

ÖLKƏ
15:38 / 12.09.2021
1744

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 676 yeni yoluxma faktı qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.
 
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 386 doza vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 278 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 102 902 təşkil edir.

0