Samuxda bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun məlumatına görə, 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı, 2019-cu il təvəllüdlü Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb.
Rayonun Karayeli qəsəbəsinin sakinləri xəstəxanaya çatdırılsalar da, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. Üç yaşlı Əfqan yolda ikən dünyasını dəyişib.
İlkin ehtimala görə, onlar zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.