Əməkdar artistin vəziyyəti pisləşdi: Kəskin böyrək çatışmazlığı yarandı

MƏDƏNİYYƏT
14:52 / 13.09.2021
2071

"Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur".

HİT.az xəbər verir ki, bu barədə "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: "Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

4