Bu şəxslərə subsidiya veriləcək - RƏSMİ

İQTİSADİYYAT
20:34 / 13.09.2021
1263

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarda dəyişikliklər edib.

HİT.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay üçün hesablanan faizlərə subsidiya veriləcək.

Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə veriləcək.

0