Qadınlardan ibarət millimizin dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
HİT.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Viola Raudzinaya Liqa Didrike ilə Diana Vanaqa kömək edəcək. Dördüncü hakim funksiyasını Yelena Yermolayeva yerinə yetirəcək.
Görüş sentyabrın 17-də Moskvada keçiriləcək.