Ermənilər etiraf etdi: “Hərbi texnikalarımız Qarabağdan çıxarılır”

14:19 / 21.09.2021
2182

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikaları əllərindən alınır.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində bir çox paylaşımlar edilib.

Xankəndidə yaşayan Marat Yeqanyan adlı erməni istifadəçi sosial şəbəkə hesabında belə yazıb:

“Hərbi texnikaları Qarabağdan çıxarıb aparırlar”.

O, yazılan şərhlərdən birinə cavab isə olaraq bildirib ki, Xankəndidə texnika daşımaq üçün istifadə olunan çoxlu sayda maşınları müşahidə edib.

0