ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin 22 sentyabr üzrə iclası uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.
"Report" "Prime"a istinadən xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
Faizin böyük ehtimalla il ərzində dəyişməyəcəyi qeyd edilir.
Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Bundan əlavə, FED 2021-ci il üçün ölkənin ÜDM artım proqnozunu 7 %-dən 5,9 %-ə endirib və 2022-ci il üçün 3,3 %-dən 3,8 %-ə qaldırıb. Bu il üçün inflyasiya proqnozu 3,4 %-dən 4,2 %-ə, gələn il üçün 2,1 %-dən 2,2 %-ə artırılıb.
Qeyd edək ki, ABŞ dollarının baza məzənnəsi sonuncu dəfə 2020-ci ilin mart ayında dəyişib.