Millimizin baş məşqçisi Türkiyə klubuna keçdi

İDMAN
20:43 / 23.09.2021
1975

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.

Federasiyadan "Report"a verilən məlumata görə, o, 2021/2022 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor" klubu ilə 1 illik müqavilə imzalayıb.

Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.

0