Bir müddətdir koronavirusa yoluxmuş tanınmış həkim Niyazi Eminov artıq sağalıb.
Bu barədə HİT.az-a həkimin müalicə aldığı Gömrük Hospitalından məlumat verilib. Bildirilib ki, N. Eminov sabah hospitaldan evə buraxılacaq.
Qeyd edək ki, N. Eminov səhhəti ilə bağlı sentyabrın 20-də “Yeni Klinika”dan Mərkəzi Gömrük Hospitalına köçürülüb. Onun ağciyərlərində 90 faizədək buzlaşmanın müşahidə olunduğu bildirilirdi. Bu günlərdə isə süni tənəffüs aparatından ayrılıb.