Ağstafada yük qatarının vurub öldürdüyü şəxsin kimliyi məlum oldu

ÖLKƏ
22:04 / 29.09.2021
1610

Ağstafada qatar vuran şəxsin kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ölən şəxs Poylu qəsəbə sakini, 1957-ci il təvəllüdlü Camal Süleyman oğlu Məmişovdur.

O, evinə gedən zaman ehtiyatsızlıqdan yük qatarı onu vuraraq kənara atıb. Yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

***20:24

Ağstafada bədbəxt hadisə baş verib.

Hit.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan qatar ortayaşlı kişini vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

0