"Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib"- Təhsil naziri

ÖLKƏ
22:14 / 29.09.2021
661

“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər”.

Hit.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

0