"Zenit"dən darmadağın, "Atalanta" ilk qələbəsini qazandı - ÇL

İDMAN
22:42 / 29.09.2021
1015

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha iki oyunu keçirilib.

Hit.az-ın məlumatına görə, hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.

F qrupunda İtaliya "Atalanta"sı İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.

H qrupunda isə Rusiya "Zenit"i evdə İsveç "Malmö"sünü darmadağın edib - 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar. 53-cü dəqiqədə qonaqların futbolçusu Anel Ahmedhodziç qırmızı vərəqə alaraq, meydandan qovulub.

Çempionlar Liqası

II tur

F qrupu

20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Matteo Pessina, 66

Xal durumu: "Atalanta" - 4 (2 oyun), "Yanq Boyz" - 3 (2), "Vilyarreal" - 1, "Mançester Yunayted" - 0.

H qrupu

20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0

0