Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.
Bu barədə HİT.az-a mərkəzdən bildirilib.
Məlumata görə, o, 86 yaşında vəfat edib.
Qeyd edək ki, əslən Qarabağdan olan K. Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. K. Aliyevanın xidmətləri nəzərə alınaraq, o, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar artist" fəxri adına layiq görülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə "Dostluq” ordeni ilə mükafatlandırılıb.
Allah rəhmət eləsin!