UEFA Kadinin qolunu "ən yaxşı" seçdi

İDMAN
17:00 / 01.10.2021
1805

UEFA Konfrans Liqasının qrup mərhələsində II turun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Hit.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədə ən baxımlı hesab olunan həmin qol 52-ci dəqiqəyə təsadüf edib.

Kadi daha sonra 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub. Onun bu nominasiyada rəqibləri Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kous (“Mura”, Sloveniya) idi.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 4:1 hesabı ilə yenib.

0