Əməkdar artistdən təkzib: “Yalan söhbətdir, sənət dostları ordaydı” 

MAQAZİN
18:02 / 01.10.2021
1752

Müğənni Səyyad Əlizadə doğulduğu Füzuli rayonunun Babı kəndində dəfn olunub.

Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb.

Yusif Mustafayev Qaynarinfo-ya açıqlamasında məlumatı təkzib edib:

"Səyyad Əlizadənin ölümü məni sarsıdıb, axşamdan özümə gələ bilməmişəm. Gecə saat 1-də aldım xəbəri, evdə dayana bilmədim, birbaş xəstəxanaya getdim. Ailə üzvləri ordaydı. Bundan əlavə sənətçilər - Əlikram Bayramov, Nadir Bayramlı, Əflatun Qubadov və başqaları gəlmişdi. Manaf Ağayev ölkədən uzaqda olsa da, tez-tez zəng edirdi. Nazənin özünü öldürürdü. Saat 1-ə kimi orada olduq. Ordan 1 saylı Kliniki Tibbi Mərkəzin morquna gəldik. Səhər tezdən Səyyad Əlizadənin cənazəsini  doğulduğu Füzuli rayonunun Babı kəndinə yola saldıq. Hamı onun ölümü ilə maraqlanır, başsağlığı verir. Belə bir insanın vida mərasiminə gəlməmək olar? Yalan söhbətdir, sənət dostları ordaydı. Eldən, sənətdən Səyyad kimi bir oğlan gedib. Bu günə kimi bir adamın qəlbinə dəyməyib, Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, müğənni koronavirusa yoluxmuşdu və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirmişdi. Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Səyyad Əlizadə dünən gecə orada dünyasını dəyişib. 

1