UEFA erməni bayrağına görə intizam işi açdı

İDMAN
23:34 / 05.10.2021
1745

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən "Marsel" - "Qalatasaray" oyununda (0:0) baş vermiş insidentlə bağlı intizam işi açıb.

Hit.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Yekun qərar isə oktyabrın 22-də açıqlanacaq.

Xatırladaq ki, Fransada keçirilən görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atıblar.

0