İstanbulda Taksim məscidinə imam təyin edilən Abdullah Özkan gənclərin diqqətini çəkir.
Hit.az Türkiyə KİV-nəistinadən xəbər verir ki, 32 yaşlı imam məscidə motosikletlə gəlib-gedir.
A.Özkan deyir ki, insanlar bu səbəbdən ona təəccüblərini gizlətmirlər:
“Hər il iyulun 15-də bütün Türkiyəni dolaşıb şəhidlərin ruhuna dua oxuyuram. Getdiyim yerlərdə bütün şəhid məzarlarını ziyarət edirəm”.
Özkan bildirib ki, insanlar onun imam olduğuma təəccüblənirlər və bəzən inanmadıqları üçün onlara vəsiqəsini göstərməli olur.