İş otağında öldürülən vəzifəli şəxsin FOTOSU

ÖLKƏ
16:44 / 08.10.2021
2457

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Əhmədov Ziya Ələs oğlu mərkəzin baş mühasibi Mirhadi Bağırov tərəfindən qətlə yetirilib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13 radələrində baş verib.

M.Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə sabiq rəis müavini, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.

Baş mühasib Mirhadi Bağırov Ziya Əhmədovun bıçaqla boyun nahiyəsinə vurub.

Qətlə yetirilən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun fotosunu təqdim edirik.

1