İran sabah genişmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirəcək.
"Qafqazinfo” "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Hətəm əl-Ənbiya Hava Müdafiə Qərargahı komandiri, general Qədir Rəhimzadə deyib.
O bildirib ki, "Vilayət səması müdafiəçiləri – 1400” adlı təlim ölkənin Kəbir çölündə baş tutacaq.
Təlimdə İran Ordusu Hava Qüvvələri, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələri və Hava-Kosmos Qüvvələri birlikləri iştirak edəcək.
Qeyd olunub ki, sözügedən təlimlərin məqsədi birliklərin döyüşəhazırlıq qabiliyyətini gücləndirməkdir.
Təlimlərdə yerli istehsal hava müdafiə sistemləri, elektron hava sistemləri, döyüş təyyarələri, PUA-lar, ağıllı sursatlar və qanadlı raketlər yoxlanılacaq.