G-20-nin Əfqanıstan üzrə fövqəladə sammiti fəaliyyətə başlayıb.
Hit.az xəbər verir ki, görüş videokonfrans formatında keçirilir. Görüşdə əsas müzakirə mövzuları əfqan əhalisinə təcili humanitar yardım, terrorizmlə mübarizə, ölkə daxilində azad hərəkət və sərhədlərin açılmasıdır. Sammitdə G-20 ölkələrindən başqa BMT, BVF və Dünya Bankının nümayəndələri də iştirak edir.