Filippin Prezidenti COVID-19 əleyhinə peyvənd vurdurmayan şəxslərin gecə yatarkən belə vaksin vurulmasını tələb edib.
Unikal.org xəbər verir ki, Rodriqo Duterte bu barədə jurnalistlərə açıqlamasında deyib. O, ölkədə gedən vaksinasiya prosesinin zəif olduğunu dilə gətirib.
"Hələ də peyvənddən şübhəli olan insanlar var . Vaksindən qaçan insanları tövlələrində (evlərində) tapacağıq. Və gecə yatarkən belə onlara koronavirus əleyhinə vaksin vurduracağıq".
Rəsmi məlumatlara görə, Filippində 23,1 milyon insan koronavirusa qarşı tam peyvənd edilib.