Bu məkanlar cərimələndi

İQTİSADİYYAT
21:10 / 12.10.2021
1376

Ötən gün 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

HİT.az xəbər verir ki. bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 2021-ci il oktyabrın 11-də ölkə üzrə 397 ictimai iaşə obyektində 692 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Neapol dairəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus “Nepali” kafesi;

2. Bakı şəhəri, Yasamal ‎ rayonu, Müzəffər Həsənov küçəsi 6 A ünvanında yerləşən, hüquqi şəxs “Vəhdət” firmasına məxsus kafe;

3. Bakı şəhəri, Nizami ‎ rayonu, Əlif Hacıyev küçəsi 23a ünvanında yerləşən, fiziki şəxs Aşirov Ceyhun Cümşüd oğluna məxsus kafe;

4. Bakı şəhəri, Binəqədi ‎ rayonu, M. Əliyev küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Əliyev Nadir Adil oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov ‎ rayonu, N. Hacıyev küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Qədirzadə Nicat Bəxtiyar oğluna məxsus “Tantuni Köz” dönər evi;

6. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Neftçilər pr., ev 151 ünvanında yerləşən, hüquqi şəxs Alka MMC-yə məxsus “The House Cafe” restoranı.

0