Çernobıl Atom Elektrik Stansiyasının ilk direktoru Viktor Bryuxanov dünyasını dəyişib.
HİT.az xəbər verir ki, “Çernobıl Atom Elektrik Stansiyası” Dövlət İxtisaslaşdırılmış Müəssisəsinin Feysbuk səhifəsində yazılıb. Bildirilir ki, 1986-cı il qəzası zamanı AES-ə rəhbərlik edən Bryuxanov 85 yaşında vəfat edib.
Qeyd edək ki, Viktor Bryuxanov 1986-cı il qəzasından sonra vəzifəsindən uzaqlaşdıırlıb və 1988-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 5 il sonra isə vaxtından əvvəl sərbəst buraxılıb.