Körpələrin ölümünə səbəb olan əsas xəstəliklər açıqlandı

ÖLKƏ
15:35 / 15.10.2021
950

"Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”. 

Hit.az "Report”a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. 

O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: "Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.

0