Türk PUA-larına qarşı həmlə - SATIŞI DAYANDIRILSIN 

DÜNYA
13:53 / 16.10.2021
1126

Türkiyənin Mərakeş və Efiopiyaya Pilotsuz Uçuş Aparatları (PUA) satması Misiri ciddi narahat edir.

HİT.az xəbər verir ki, rəsmi Qahirə satışın dayandırılması üçün ABŞ və Avropa ölkələrindən kömək istəyib.

Türkiyənin satacağı PUA sistemlərinin Afrikada şərtləri poza biləcəyinə vurğu edən qaynaq Qahirə və Ankara arasında təmas qurulmasına çalışılarkən Efiopoyaya dron satılmasının bu münasibətləri bir qədər də gərginləşdirə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, hazırda Misirlə Efiopiya arasında Nil çayı üzərində su bəndi mövzusunda ciddi gərginlik yaşanır. 

3