Azərbaycanlı milyonçu bu ölkədən sığınacaq istədi - Vəkildən açıqlama

MAQAZİN
13:10 / 18.10.2021
3263

Azərbaycanlı milyonçu Telman İsmayılov Monteneqrodan sığınacaq almaq istəyir.

HİT.az xəbər verir ki, bu barədə onun vəkili Marina Rusakova məlumat yayıb. 

Məlumata görə, İsmayılov saxlanılarkən onun əlində bu ölkədən siyasi sığınacaq almaq üçün sənəd olub. “Onun sadalanan heç bir cinayətlə əlaqəsi yoxdur”. 

Vəkilin dediyinə görə, İsmayılovun Rusiyaya ekstradisiyası yalnız faktlar tam  araşdırıldıqdan sonra baş tuta bilər.

0