Səhiyyə Nazirliyindən peyvənd açıqlaması

ÖLKƏ
15:16 / 20.10.2021
1610

"Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunması tövsiyə olunur”.

Hit.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, peyvəndin vaxtında vurdurulması daha məqəsədəuyğundur:

"Əgər kimsə COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa onun immun sistemi daha da güclənir".

0