Türkiyənin tanınmış aktyoru, “Səksənlər” serialında Seyfi obrazını canlandıran Kemal Kuruçay 59 yaşında dünyasını dəyişib.
HİT.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor çəkiliş meydançasında infarkt keçirib. Kuruçayın ölüm xəbərini aktyor Nedim Saban sosial şəbəkədə paylaşıb:
“Çox istedadlı bir aktyor, çox yaxşı insan idi. “İki oda bir Sinan” tamaşasında birlikdə işləmişdik. Böyük sevgi ilə peşəsinə bağlı idi. Çox pis oldum”.