Keçmiş arvadı Özcan Dənizi döyməsindən danışdı: “Uşağımı qorxutmuşdu”

DÜNYA
18:48 / 23.10.2021
1122

Türkiyəli aktrisa Feyza Aktan keçmiş əri, məşhur müğənni Özcan Dənizi döyməsi ilə bağlı gündəm olan görüntülərə aydınlıq gətirib.

Onun sözlərinə görə, video montaj edilib.

“Uşağı məktəbə onun sürücüsü aparırdı. Amma sürücünü geri çağırdı. 2-3 gün özüm taksiylə apardım. Mesajıma da cavab vermədi. Görüş günü səhər Kuzeyi aparmağa gəldi. Məktəbə də aparmayacaqdı. O görüntülər kəsilib, montaj edilib”, - deyə aktrisa bildirib.

O qeyd edib ki, Özcan Dəniz gələndə Kuzeyin hələ hazır olmadığına əsəbiləşərək qışqııb və uşağı dartışdırıb:

“Kuzeyin qarşısında belə etdiyi üçün uşağı xalasına verib, qapını örtüb şillə vurdum. Gərək uşağımı qorxutmayaydı. Köynəyini cırdığım üçün məni məhkəməyə verib. Əsla peşman deyiləm. Uşağımın yanında yenə belə qışqırıb qorxutsa, yenə vuraram”.

0