Rusiya Telman İsmayılov haqda qərarla bağlı göstəriş verdi

DÜNYA
19:20 / 23.10.2021
1864

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Monteneqronun azərbaycanlı iş adamı Telman İsmayılovu ekstradisiya etməkdən imtina etməsinin əsaslarını öyrənmək barədə tapşırıq verib.

Bu barədə Rusiya İstintaq Komitəsinin saytında deyilir. 

“Rusiya İstintaq Komitəsi bu qərarla razılaşa bilməz... Ağır cinayətləri törətdiyinə görə İsmayılov qanunla müəyyən edilmiş cəzaya məruz qalmayıb və axtarışda olmaqda davam edir. Beynəlxalq Hüquq İdarəsi Rusiya Xarici İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində ekstradisiyadan imtinanın səbəblərini ətraflı şəkildə araşdırsın və hesabat hazırlasın”, - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb. “Çerkizov bazarı”nın keçmiş sahibi bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında saxlanılıb, ötən gün isə siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb. 

0
“Qafqazinfo”