Türkiyənin Antalya vilayətinin Serik rayonunda meşəlik ərazidə yanğın baş verib.
Hit.az TRT-yə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik bilinmir.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Hadisə yerinə iki helikopter, bir yanğınsündürmə təyyarəsi və altı yanğınsöndürən briqada cəlb edilib.