İrəvan-Gümrü-İrəvan marşrutu ilə hərəkət edən sərnişin qatarı naməlum şəxslər tərəfindən daşa basılıb.
Hit.az erməni KİV-ə istinadən xəbər verir ki, məlumatı Cənub Qafqaz Dəmir Yolu Şirkəti yayıb.
Hadisə nəticəsində vaqonların şüşələri sınıb. İnsidentin hansı səbəbdən baş verdiyi ilə bağlı məlumat verilməyib.