Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxdu

ÖLKƏ
14:30 / 28.10.2021
1231

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

32gun.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyev koronavirus şübhəsi ilə bağlı test verib və onun testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Faiq Qəniyevin icraatında olan bütün işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.

0