Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovla görüşüb.
Hit.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, regiondakı hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.