Paşinyan Ermənistandakı acınacaqlı vəziyyətdən danışdı 

13:06 / 04.11.2021
999

"Covid-19-a  yoluxan xəstələrin sayı çoxdur, ölkə xəstəxanalarında  yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib".

Hit.az erməni KİV-ə istinadən xəbər verir ki, bu  sözləri  Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib.

“Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, - deyə Nikol vurğulayıb.

0