11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirildi

ÖLKƏ
16:08 / 04.11.2021
2082

Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da müəssisəyə yerləşdirilib.

Hit.az-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

O qeyd edib ki, uşaq artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.

Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.

0